MSKnın yeni tərkibi aprelin 27də təsdiq ediləcək


Siyasət 24 Apr 2021 11:53:00 123 0

MSKnın yeni tərkibi aprelin 27də təsdiq ediləcək

Mərkəzi Seçki Komissiyasının yeni tərkibi aprelin 27-də təsdiq ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Milli Məclisinin aprelin 27-də keçiriləcək plenar iclasının gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.