Hindistanda koronavirusa sutkalıq yoluxmada rekord


Dünya 24 Apr 2021 11:09:00 133 0

Hindistanda koronavirusa sutkalıq yoluxmada rekord

Hindistanda yeni növ koronavirusa (COVID-19) sutkalıq yoluxma sayı 346 786-ya çatıb, 2,6 mindən çox insan ölüb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricilərdir.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikincidir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 16,6 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb. 13,8 milyondan çox insan sağalıb, 189,5 min nəfər ölüb.

Xatırladaq ki, Hindistanda koronavirus xəstələrinin sayında artım fevral ayınınn ortalarından bəri davam edir. Nəticədə COVID-19-dan müalicə alanların sayı 2,55 milyonu ötüb.