Arvadını balta ilə öldürən şəxsin məhkəməsi başlayır


Digərləri 24 Apr 2021 10:19:00 155 0

Arvadını balta ilə öldürən şəxsin məhkəməsi başlayır

Zaqatalada arvadını qətlə yetirməkdə təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki,  hadisə ötən il rayonun Yengiyan kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Zalxa Qədim qızı İsmayılovanın üzərində zorakılıq əlamətləri olan meyiti ailəsinə məxsus fındıq bağında kənd sakinləri tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqan əməkdaşlarının apardığı ilkin araşdırma zamanı Z. İsmayılova əri 1970-ci il təvəllüdlü Fazil Allahverdi oğlu İsmayılov tərəfindən qətlə yetirildiyi məlum olub. F. İsmayılov saxlanılıb. O, həyat yoldaşını balta ilə vurduğunu etiraf edib.