Televiziyalar tənqid olundu


Digərləri 23 Apr 2021 11:59:00 116 0

Televiziyalar tənqid olundu

"Azərbaycan" qəzetinin 23 aprel 2021-ci il tarixli sayında ölkədəki televiziyaların fəaliyyəti tənqid olunub.

Son.az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı qəzetdə jurnalist Ramilə Qurbanlının müəllifi olduğu "Əyrini deyil, əyri göstərən ayna" adlı məqalə dərc edilib.

Məqaləni təqdim edirik:

"Televiziya "silahımız" özümüzə, gələcəyimizə tuşlanıb. Azərbaycanda mətbuat azadlığı var. Jurnalistlər azad düşünür, düşündüklərini də rahat şəkildə izhar edə bilərlər. Bunu qanun deyir. Ancaq deyəsən qanunun da diktə etdiyi bu azadlığı bizim bəzi peşə sahibləri düzgün qavramır...

Evimizə qədər soxulan mənəviyyatsızlıq

Jurnalistə ona görə azadlıq verilir ki, cəmiyyətdəki "pisi pis, əyrini əyri, düzü hamar" görüb olduğu kimi də ictimaiyyətə çatdırsın. Daha bu o demək deyil ki, pis bir az da pis gündə, əyrini olduğundan betər görəsən, düzü isə görməzdən gələsən...

Jurnalist deyirik, amma əslində bu gün televiziyada və internet portallarda, yəni birbaşa evimizə daxil olan "hörmətli qonaqlar" axı heç jurnalistlər də deyil. Artıq uzun illərdir ki, şou-əyləncənin primitiv versiyası ənənəvi jurnalistikanı üstələyib. Daha doğrusu, hansısa qüvvələr üstünlüyü yüngül şou yaradanlara verməklə jurnalistikanı küncə sıxıb.

Jurnalistika yalnız xəbər proqramlarında qalır, təəssüf ki, onlar da kütləvi şəkildə şoulaşmış formaya keçirlər. Bu gün xəbər tamaşaçıya xəbər kimi deyil, şou kimi təqdim edilir. Məsələn, "Filankəs filankəsi (ər arvadını, yaxud əksinə, ata qızını, qardaş bacısını və sair) xüsusi amansızlıqla qətlə yetirdi". Fikrimizi hələ çox yumşaldılmış formada ifadə etdik ki, irad tutduqlarımızdan olmayaq...

Yaxud hər hansı yol qəzasından məlumatı hökmən ən dəhşətli formada ifadə edirlər. Lap məşhur "Uşaqlığın son gecəsi" filmində olduğu kimi:

- "Bu andıra qalmış pilləkənlərdən uşaqlar yıxılıb ölürlər.

- Bəlkə, pilləkənlərdən yıxılıb əzilirlər - yazaq?