Tanınmış rejissor da Mirələmovdan danışdı: “Ondan betərləri də var“


Şou-biznes 23 Apr 2021 11:39:00 138 0

Tanınmış rejissor da Mirələmovdan danışdı: “Ondan betərləri də var“

Tanınmış rejissor, "SOY" prodakşının rəhbəri Oqtay Əliyev də Hüseynbala Mirələmovun müdafiəsinə qalxıb.

Mİlli.Az yenisabah.az-a istinadən xəbər verir ki, o, yazıçı-müğənni Aygül Ağayevanın Hüseynbala Mirələmovla bağlı "Facebook" statusuna qısa şərh yazıb.

O.Əliyev şərhində "Əbəs yerə bizə qılınc müsəlmanı demirlər ki. Hərə əlinə bir qılınc alıb düşüb üstünə. Aralarında ondan da betər addım atanlar var" -, deyə qeyd

Qeyd edək ki, aprelin 21-I sabiq deputat, yazıçı və Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün yayılan videosu rezonans doğurub. Görüntülərdə onlayn iclas zamanı keçmiş deputatın gənc xanıma qarşı qeyri-etik hərəkətləri əks olunub. 76 yaşlı yazıçının bu hərəkəti ciddi müzakirələr yaradıb və birmənalı qarşılanmayıb.