Nazir koronavirus xəstəsi olan baş direktoru vəzifəsindən azad etdi


Digərləri 22 Apr 2021 12:14:00 138 0

Nazir koronavirus xəstəsi olan baş direktoru vəzifəsindən azad etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Aztelekom MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad edilib.

Son.az xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, S.Paşayev bu həftədən vəzifəsinin icrasını dayandırıb. Hələlik onun yerinə təyinat yoxdur.

Xatırladaq ki, S.Paşayev bir müddət öncə koronavirusa yoluxub və hazırda müalicəsini evdə davam etdirir.