Məhdudiyyətlərin tətbiqi üçün səbəb yoxdur Millət vəkili


Digərləri 22 Apr 2021 11:49:00 143 0

Məhdudiyyətlərin tətbiqi üçün səbəb yoxdur  Millət vəkili

Bu gün koronavirusla bağlı məhdudlaşdırılmanın tətbiq edilməsi üçün hər hansı səbəb yoxdur.

Son.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili İlham Məmmədov deyib. O bildirib ki, gündəlik yoluxma sayının 2000 civarında olması epidemioloji vəziyyətin nəzarət altında olmasının göstəricisidir:

"Vaksinasiyanın sürətləndirilməsi və yayadək əhalinin 50-60 faizinin peyvəndlənməsi virusla mübarizəmizin əsas mərhələsini keçməyimizi şərtləndirən vacib məqamlardan biridir. Bundan sonra sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq məhdudiyyətlərin ləğv edilməsi istiqamətində müəyyən addımlar atıla bilər".

Millət vəkili onu da qeyd edib ki, həftəsonları avtobuslarla bağlı tətbiq edilən məhdudiyyətlər yoluxmanın azalmasına xidmət edir.

Son.az