"Məhkəmə uşağımı məndən aldı"


Şou-biznes 22 Apr 2021 09:06:00 137 0

"Məhkəmə uşağımı məndən aldı"

Türkiyəli aktrisa Meral Kaplan ilə iş adamı Erhan Kanioğlu arasında boşanma məhkəməsi sona çatıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, məhkəmə keçmiş cütlüyün 6 yaşlı qızının vəlayətini atasına verib. Aktrisa məhkəmə salonundan çıxarkən göz yaşlarına hakim ola bilməyib:

"Uşağım doğulandan məhkəmələrdəyəm, şiddət görsəm də sübut edə bilmədim. Məhkəmə uşağımı məndən aldı. Təzminat ödəməyimi də tələb etdilər. Mən geri çəkilmədiyim üçün uşağım əlimdən alındı, amma buna icazə verməyəcəyəm".