Canavar sürüsü kəndə hücum etdi


Digərləri 22 Apr 2021 08:48:00 117 0

Canavar sürüsü kəndə hücum etdi

Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun Bayan kəndində baş verib.

Kəndə hücum edən cavanarkar kənd sakini Vidadi Umarovun yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Yırtıcılar 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib. Heyvanlardan 16-sı tələf olub.

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.