“Instagram”da yeni funksiya tətbiq olunacaq


Digərləri 22 Apr 2021 08:38:00 121 0

“Instagram”da yeni funksiya tətbiq olunacaq

"Instagram"da yeni funksiyanın işə salınacağı barədə məlumat yayılıb.

"Lenta.ru" portalının məlumatına görə, yenilik sayəsində istifadəçilər təhqiredici ifadələrin yer aldığı şəxsi mesajları gizlədə biləcəklər.

Sosial şəbəkədən verilən məlumata əsasən, yeni alqoritm şəxsi mesajları yoxlayacaq. Əgər mesajda xoşagəlməz ifadə, hətta neqativ emodzi olduqda belə o, gizlədiləcək. Filtrasiya şərhlərdə olduğu kimi çalışacaq.

Şirkətdən yeni funksiyanın tezliklə bütün istifadəçilər üçün aktiv olacağı bildirilib.