Bakıda qəzaya uğrayan avtomobil yanıb, sürücü döyülüb FOTO


Kriminal 21 Apr 2021 07:00:00 159 0

Bakıda qəzaya uğrayan avtomobil yanıb, sürücü döyülüb  FOTO

Bakının Nərimanov rayonunda 1996-ci il təvəllüdlü Həsənov Elşad İrşad oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Azadlıq prospektində işıqforun qırmızı işığında dayanan "Hyundai" və "Toyota" markalı nəqliyyat vasitələrinə çırpılıb. 

Son.az APA-ya istinadən bildirir ki, qəzadan sonra "VAZ 2106" markalı avtomobil alovlanmağa başlayıb. Bu zaman hadisəni törədən E.Həsənov digər sürücülər tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Onlar avtomobildə yanğının qarşısını alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.