Yerkökünün faydaları


Digərləri 20 Apr 2021 23:40:00 233 0

Yerkökünün faydaları

Yerkökü müxtəlif xəstəliklər zamanı çox faydalıdır. Bunlara misal: qanazlığını, bronxiti, bir sıra dəri problemlərini, ürək-damar xəstəliklərini, yara sağalmasını göstərmək olar.

Ən çox da gözlər üçün xeyirli hesab olunur. A vitamini catışmazlığı zamanı görmə pozuntuları yaranır, bu zaman hava qaralarkən və gecə vaxtı görmə qabiliyyəti zəifləyir. Nəticədə bu problem "toyuq korluğu" adlanır. Lakin bütün karotin sovrulmur. Vitaminin sintezi qaraciyərin və ödün normal funksiyası zamanı bərpa olunur.

Yerkökünün antispetik, bəlğəmgətirici, ödqovucu, iltihab eleyhinə olan təsiri vardır. O, həmçinin mədə-bağırsaq traktı vəzilərinin fəaliyyətini artırır. Onun şirəsi və ya digər şirələrlə qarışımı yorğunluğu aradan qaldırır, iştahanı artırır, üzün rəngini və görmə qabilliyyətini yaxşılaşdırır, bədəndə antibiotiklərin toksik təsirini azaldır, saç və dırnaqları möhkəmləndirir, xəstəliklərə müqavimət göstərməyə yardımçı olur. Nəzərə almaq da lazımdır ki, böyük miqdarda şirə qəbul etmək yuxu, baş ağrı, qusma və digər xoşagəlməz hallar yaradır.

Yerkökü mətbəxdə də əvəz olunmazdır. Belə ki, minilliklərdir ondan hər növ təamlar hazırlanır və süfrəyə verilir. Bu tərəvəz həm dad baxımından, həm də orqanizmlə rahat "uyğunlaşdığı" üçün uşaq yeməkləri və dietik yeməklərdə də istifadə olunur. Bundan əlavə bir çox yeməklərdə, duru şorbalarda, salatlarda, qarnirlərdə, ədviyyatlarda, souslarda, marinadlarda hətta şirniyyatlarda da istifadə edilir. Eləcə də bir çox ət, balıq və tərəvəz konservlərində istifadəsi geniş yayılıb.