Sonsuzluq


Digərləri 20 Apr 2021 23:15:00 242 0

Sonsuzluq

"Sonsuzluq" evli cütlüyün bir il ərzində qorunma olmadan cinsi münasibət yaşamasına baxmayaraq övlad sahibi olmadığı halda qoyulan diaqnozdur.

Lakin bir şeyi anlamaq lazımdır ki, "sonsuzluq" diaqnozu heç də həmişəlik övlad sahibi olmamaq demək deyil. Bir çox hallarda bu problem müalicə olunur.

Səbəbləri Statistikaya görə sonsuzluq yaşayan cütlüklərin 40%-də kişi xəstəlikləri probleminə, 40%-də qadın xəstəlikləri probleminə, 20%-də isə hər iki tərəfin sonsuzluq problemi olmasına görə övlad sahibi olmamaları göstərilir. Mayalanma və rüşeymin yaranması zamanı baş verən hər bir pozuntu hamilə qalma imkansızlığı yaradır.

Kişi sonsuzluğunun ən çox yayılmış səbəbləri iltihab, infeksion xəstəliklər (prostatit, uretrit), hormonal, psixoseksual pozuntular, güc azalmasıdır. Qadın sonsuzluğunun ən çox yayılmış səbəblərinə isə çanaq orqanlarının infeksion və iltihabi xəstəliklərini, hormonal pozuntuları, uşaqlıq borularının tutulmalarını və uşaqlığın anatomik qüsurlarını aid etmək olar.

Özünüz nə edə bilərsiniz? Sonsuzluğun müalicəsi savadlı həkimlər ginekoloq və uroloqlar tərəfindən aparılmalıdır. Özünümüalicə ilə məşğul olmayın! Alternativ tibbə müraciət etməyin! 1 il müddətində hamilə qalmağa çalışarkən heç bir nəticə əldə edə bilmirsinizsə mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Prosesi gecikdirmək təhlükəli və sağalmaz fəsadlara gətirib çıxara bilər.