Cenifer Lopes füsunkarlığını itirmir FOTO


Şou-biznes 20 Apr 2021 18:44:00 130 0

Cenifer Lopes füsunkarlığını itirmir  FOTO

Bəzən münasibətlərə son qoymaq qadına müsbət təsir göstərir - qaməti düzəlir, simasında səmimi gülüş yaranır. Belə görünür ki, 51 yaşlı məşhur ifaçı və aktrisa Cennifer Lopeslə də bu baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Grazia" xəbər yayıb.

Ötən həftə Cennifer Lopes və beysbolçu Aleks Rodriqes ayrıldıqlarını elan etdilər. Cütlük rəsmi açıqlama verdi.

Bununla belə ulduz kədərli görünmür.

Aprelin 20-də Lopes çəkilişlər vaxtı adətən dincəldikləri avtoevin astanasında çəkilən şəkillərini paylaşıb. Fotolarda ağ köynək və eyni rəngdə cinsdə olan ifaçı əlində fincanla pilləkənlərin üzərində oturmuş halda əks olunub.

Şəkillərin aktrisanın söhbət elədiyi əsnada çəkildiyi görünür. Cey Lo şəklinin çəkiləcəyi barədə xəbərdar edilmədiyi üçün fotolarda səmimi və emosional görünür.