Türkiyə XİNdə yeni rəsmi nümayəndə


Digərləri 20 Apr 2021 18:47:00 138 0

Türkiyə XİNdə yeni rəsmi nümayəndə

Türkiyənin Xarici İşlər Nazirliyində (XİN) yeni kadr təyinatı olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, diplomat Tanju Bilgiç ölkə XİN-inin İnformasiya idarəsinin müdiri - Nazirliyin sözçüsü vəzifəsinə təyin edilib.

O, bu gündən fəaliyyətə başlayıb.

Qeyd edək ki, T.Bilgiç Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib. 1995-ci ildə Türkiyə XİN-də işə başlayıb.

Nazirlikdə bir çox fərqli vəzifələrdə çalışıb. 2014-2016-cı illərdə XİN-in İnformasiya idarəsinin müdir müavini - Nazirliyin sözçüsü olub.