BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb


Digərləri 20 Apr 2021 18:18:00 145 0

BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb

2021-ci ilin martında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 18,494 milyon barel xam neft nəql edilib.

Trend bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Qeyd edək ki, 2020-ci ilin martında bu göstərici 19,609 milyon barelə bərabər olmuşdu.

2021-ci ilin yanvarında BTC vasitəsilə Türkiyəyə 18,967 milyon, fevralda isə 14,537 milyon barel xam neft nəql edilmişdi.

Xatırladaq ki, 2020-ci ildə BTC vasitəsilə ümumilikdə 208,064 milyon barel xam neft nəql edilmişdi.