Avropada ən ucuz elektrikli avtomobil buraxıldı


Digərləri 20 Apr 2021 16:49:00 110 0

Avropada ən ucuz elektrikli avtomobil buraxıldı

Litvalılar elektrikli avtomobil seqmentində əlverişli bir yenilik təqdim ediblər. 

Son.az lent.az-a istinadla bildirir ki, "Freze Nikrob" Avropa bazarındakı ən ucuz avtomobildir,

Elektrikli avtomobil kompakt Çin elektrikli avtomobili Wuling Hongguang Mini ilə müqayisə olunur. Litvalılar təhlükəsizlik sistemini və işıqlandırmanı yalnız bir qədər yaxşılaşdırıblar.

"Freze Nikrob" bazara iki versiyada çıxacaq - 9,2 kVt / saat və 13,8 kVt / saat akkumukyatora sahibdir.

"Freze Nikrob" bir şarjla 200 kilometrə qədər məsafə qət edə bilər.

Elektrik mühərriki avtomobilin arxasına yerləşdirilib.

Yeni elektrikli avtomobilin qiyməti 9999 avro, təkmilləşdirilmiş versiyada 14999 avrodur.

"Freze Nikrob" artıq Litva bazarında almaq mümkündür.