Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 5055 faizi mərkəzləşdirilməyib Agentlik sədri


Digərləri 20 Apr 2021 16:55:00 134 0

Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 5055 faizi mərkəzləşdirilməyib  Agentlik sədri

Azərbaycanın indiyə kimi ən başlıca problemlərindən biri tullantı sularının normal qaydalara uyğun idarə olunmamasıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Ekspert saatı"nda nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.Agentlik sədri bildirib ki, Bakı şəhərindəki kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib:

"Nəticədə toplanan tullantı sular bu və ya digər vasitələrlə Xəzər dənizinə istiqamətlənir. Bu problemin köklü surətdə həll olunması üçün investisiya qoyulmalı, problem bütün rayonlar üzrə təmin olunmalıdır. Bakı şəhəri və bütün rayonların tullantı sularının idarəolunması ilə bağlı master plan mövcuddur. 30-a qədər rayonda , insanların sıx yaşadığı yerlərdə mərkəzləşdirilmiş nasosxana sistemi ilə birlikdə kanalizasiya sistemi qurulub, təmizləyici qurğular artıq fəaliyyət göstərir. Əlbəttə ki, bu yetərli deyil. Bakı şəhərində müxtəlif qəsəbələrdə kanalizasiya şəbəkəsinin olmaması göllərin əhatə dairəsinin artmasına, müəyyən mənada ətrafın çirklənməsinə, o cümlədən atmosferin, torpaqların çirklənməsinə səbəb olur".