"Ermənistanda radioaktiv maddə qaçaqmalçılığı dövlət səviyyəsində edilir"


Siyasət 20 Apr 2021 15:58:00 112 0

"Ermənistanda radioaktiv maddə qaçaqmalçılığı dövlət səviyyəsində edilir"

"Ermənistan Metsamor AES-in radioaktiv tullantılarını digər ölkələrlə realizə edir"

"Radioaktiv maddə qaçaqmalçılığı Ermənistanda dövlət səviyyəsində həyata keçirilir"

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Metsamor AES bütövlükdə region üçün ciddi təhdiddir:

"Terroru, ekstremizmi dövlət siyasəti səviyyəsinə çatdıran Ermənistan radioaktiv maddə qaçaqmalçılığı işində də geri qalmır. Ermənistan indi də Metsamor AES-in radioaktiv tullantılarını Gürcüstan ərazisində realizə etmək cəhdləri göstərir. Ermənistan vətəndaşlarının bu istiqamətdə cinayətkar fəaliyyəti davam edir. Belə ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisidə Americium-241 radioaktiv maddəsini qanunsuz satmağa cəhd göstərdikləri üçün iki nəfəri saxlayıblar. Radiasiyanın doza dərəcəsini nəzərə alaraq, onunla uzunmüddətli birbaşa təmas insan sağlamlığı üçün olduqca təhlükəlidir. Ümumilikdə, müddəti bitmiş Metsamor AES yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, Cənubi Qafqaz və bütövlükdə region üçün ciddi təhdiddir. Sözsüz ki, bunun arxasında hakimiyyət dairələri dayanır.  Bu isə ondan xəbər verir ki, radioaktiv maddə qaçaqmalçılığı bu ölkədə dövlət səviyyəsində həyata keçirilir".

Ş.Həsənova deyib ki, bu Ermənistanın radioaktiv maddə qaçaqmalçılığı ilə bağlı ilk fakt deyil:

"Əvəllər də bu istiqamətdə qanunsuz saxlanılma və satış ilə əlaqədar olaraq addımlar digər ölkələr vasitəsilə həyata keçirilmişdi. 

Avropa İttifaqı beynəlxalq aləmdə Ermənistanın "nüvəsizləşdirilməsini" dəstəklədiyini bəyan edib. Hətta bununla bağlı rəsmi Brüssel Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalının inkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif etmişdi ki, bunun üçün rəsmi Yerevandan infrastrukturda islahat aparılması tələb olunmuşdu. Ermənistan tərəfinin isə Metsamor AES-də nüvə materialları və radioaktiv tullantılarla işin Beynəlxalq Atom Enerjisi Agentliyinin "tam nəzarəti altında" olduğunu iddia etməsinə baxmayaraq radioaktiv materialların bir ölkədən digərinə qanunsuz şəkildə keçirilməsi bu iddiaların tamamilə yalan üzərində qurulduğunu sübut edir. 

O fakt da vurğulanmalıdır ki, bu günə qədər sözügedən müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama həyata keçirməyib. Bununla yanaşı, Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyyətini hələ də davam etdirir. Aydın olur ki, Ermənistan stansiyanı bağlamağı planlaşdırmır, əksinə fəaliyyət müddətini 2026-cı ilə və ondan sonraya qədər uzadıb.

Təhməz Əsədov