İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar FOTO


Siyasət 20 Apr 2021 14:53:00 133 0

İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar  FOTO

İsrailli jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "The Jerusalem Post" və "The Jewish Press" qəzetlərinin siyasi şərhçisi Arye Qutun Füzuli rayonunda Qarğabazar kənd Karvansarayında olublar.

Ermənilər Füzuli rayonunu işğalda saxladıqları dövrlərdə həmin karvansaraydan tövlə kimi istifadə edib, orada mal-qara saxlayıblar. Media nümayəndələri həmçinin bu rayonlardakı dağıntılar və erməni vandalizmi ilə əyani tanış olublar.