Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub


Kriminal 20 Apr 2021 14:19:00 76 0

Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub

Malayziyanın nüfuzlu nəşrlərindən olan "Utusan Malaysia" qəzeti dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı geniş məqalə dərc edib.

Son.az Trend-ə istinadən bildirir ki,  "Nizaminin əsərləri bu gün də qibtə hissi oyandırır" sərlövhəli məqalə qəzetin 20 aprel 2021-ci il tarixli buraxılışında nəşr olunub.

Məqalədə bu il dahi şairin anadan olmasının 880 illiyinin tamam olduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edildiyi bildirilir. Nizami Gəncəvinin Şərq Renessansının qabaqcıl təmsilçisi olduğu vurğulanaraq, dahi sənətkarın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində dünyaya göz açdığı, onun poetik-fəlsəfi fikrinin nümunəvi keyfiyyət qazandığı nəzərə çatdırılır.

Həmçinin mütəfəkkir şairin dünya mədəni irsinə 5 poemadan ibarət bəxş etdiyi "Xəmsə"dən bəhs edilərək, sözügedən əsərlər toplusunun Nizami ədəbi məktəbinin bünövrəsini təşkil etdiyi, öz təsirini bu günə qədər qoruduğu bildirilir. Bu poemalardan xüsusilə "Leyli və Məcnun"un malayziyalı ədəbiyyatsevərlərə də kifayət qədər tanış olduğu, sonrakı tarixlərdə bu poemanın təsiri ilə müxtəlif müəlliflər tərəfindən yeni əsərlərin qələmə alındığı, fransız kinematoqraflar tərəfindən istehsal edilmiş eyniadlı bədii filmin isə 1933-cü ildə Malayziyada nümayiş etdirildiyi ifadə olunur.

Məqalədə Nizami dühasının özünəməxsusluğu barədə bildirilir ki, böyük istedada və dərin biliklərə malik olmasına baxmayaraq, dahi şair daim axtarışda olmuş, onun poeziya irsi romantizmlə kifayətlənməmiş, mürəkkəb insan mənəviyyatının öyrənilməsini də əhatə etmişdir.

Qeyd olunur ki, Nizami Gəncəvinin əksər dünya dillərinə tərcümə olunmuş əsərləri, eləcə də bu əsərlərin orijinal nüsxələri bu gün Bakı ilə yanaşı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Yeni Dehli, London, Paris kimi nüfuzlu şəhərlərin kitabxana və muzeylərində qorunur.

Məqalədə, həmçinin 2012-ci ildə təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun fəaliyyətlərinə yer verilərək, bu nüfuzlu təşkilatda beynəlxalq səviyyədə tanınmış bir sıra şəxslərin təmsil olunduğu, Mərkəzin əsas missiya kimi təhsilin, tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş layihələr həyata keçirdiyi qeyd edilir.

Məqalə ilə bağlı məmnunluğunu ifadə edən, eləcə də "Utusan Malaysia" qəzetinə və onun kollektivinə təşəkkürünü bildirən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev dövlətlər və xalqlar arası münasibətlərin inkişaf etdirilməsində ədəbi-mədəni təcrübə mübadiləsinin xüsusi yer tutduğunu vurğulamışdır. Səfir Q.Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairlə bağlı fikirlərindən sitat gətirərək, Nizami Gəncəvinin zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırmış, bu səpkidə ölməz sənətkarın ədəbi irsinin malayziyalı geniş oxucu kütləsi tərəfindən yad edilməsinin vacibliyini qeyd etmişdir. Səfir bildirmişdir ki, məqalənin dərc olunduğu qəzet nüsxələrinin "Utusan Malaysia" redaksiyası tərəfindən Kuala Lumpur Universiteti, Malayziya Beynəlxalq İslam Universiteti, Malayziya Beynəlxalq Müdafiə Universiteti, Beynəlxalq İslam Kolleci kimi aparıcı təhsil müəssisələrinin kitabxanalarına göndərilməsi təşəbbüsü isə xüsusilə təqdirəlayiqdir.

Xanımı sabiq prezidenti müflis etdi like
  • 20 Apr 14:14  
Dünya Xanımı sabiq prezidenti müflis etdi

Polşanın keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Lex Valensa

arrow Ətraflı
Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq like
  • 20 Apr 14:09  
Dünya Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq

Almaniyanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi koronavirusun tədqiqatlar

arrow Ətraflı
Azərbaycanlı ər uğunda məşhurların davası səngimir like
  • 20 Apr 14:04  
Şou-biznes Azərbaycanlı ər uğunda məşhurların davası səngimir

Azərbaycanlı iş adamı Rza Zərrabla adı hallanan türkiyəli müğənni Had

arrow Ətraflı
İşğaldan azad edilən Füzuli belə ola bilər like
  • 20 Apr 14:01  
Digərləri İşğaldan azad edilən Füzuli belə ola bilər

Memar və dizayner Əkbər Məmmədov Füzuli şəhərinin təmir və bərpası

arrow Ətraflı
Çoxdan gözlənilən QƏRAR like
  • 20 Apr 14:00  
Digərləri Çoxdan gözlənilən QƏRAR

"Yüksək bal topladığı halda bakalavr, magistr pillələrinə ödəniş

arrow Ətraflı
Cəlilabadda avtoxuliqanlar saxlanıldı like
  • 20 Apr 13:59  
Digərləri Cəlilabadda avtoxuliqanlar saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşl

arrow Ətraflı
Nazirlik növbəti “fişinq” hücumu barədə xəbərdarlıq edib like
  • 20 Apr 13:54  
Digərləri Nazirlik növbəti “fişinq” hücumu barədə xəbərdarlıq edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təh

arrow Ətraflı
Avronest Parlament Assambleyasının komitə iclası keçirilib like
  • 20 Apr 13:49  
Siyasət Avronest Parlament Assambleyasının komitə iclası keçirilib

Aprelin 19-da Avronest Parlament Assambleyasının 9-cu sessiyası çərçivəsi

arrow Ətraflı
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək  PROQNOZ like
  • 20 Apr 13:47  
Digərləri Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək PROQNOZ

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu

arrow Ətraflı
Xaçmaz polisi narkotik becərən şəxsi yaxalandı like
  • 20 Apr 13:44  
Digərləri Xaçmaz polisi narkotik becərən şəxsi yaxalandı

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tər

arrow Ətraflı
Minaya düşüb gözlərini və ayağını itirən ANAMA əməkdaşı: like
  • 20 Apr 13:43  
Digərləri Minaya düşüb gözlərini və ayağını itirən ANAMA əməkdaşı:

Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Elməddin Mirzəyev Bərdə-A

arrow Ətraflı
Müqəddəs məkanda "TikTok" videosu çəkən qadın GÖRÜN NƏ ETDİ like
  • 20 Apr 13:41  
Digərləri Müqəddəs məkanda "TikTok" videosu çəkən qadın GÖRÜN NƏ ETDİ

Türkiyənin Adana şəhərindəki Çoban Dədə türbəsində çəkdiyi videonu

arrow Ətraflı
Kolumbiya Rusiyaya nota verdi like
  • 20 Apr 13:39  
Dünya Kolumbiya Rusiyaya nota verdi

Kolumbiya səlahiyyətliləri Rusiya təyyarəsinin ölkənin hava sahəsini poz

arrow Ətraflı