Distant təhsil ali təhsilin formalarından biri kimi qəbul ediləcək


Digərləri 20 Apr 2021 10:49:00 130 0

Distant təhsil ali təhsilin formalarından biri kimi qəbul ediləcək

Ali təhsilalma formaları müəyyənləşib.

Son.az APA-ya istinadən bildirir ki, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:

- əyani təhsil (təlim və tədrisə tam cəlb olunma-fulltime)

- qiyabi təhsil (təlim və tədrisə qismən cəlb olunma-parttime)

- distant ( təlim və tədrisə məsafədən qoşulma),

- sərbəst( eksternat).

Ali təhsilin səviyyələri üzrə təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən olunur:

Subbakalavr səviyyəsində - əyani, qiyabi distant, sərbəst;

Bakalavriat səviyyəsində - əyani, qiyabi, distant, sərbəst və əsas (baza ali) tibb təhsili səviyyəsində -əyani;