Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb


Dünya 20 Apr 2021 07:45:00 133 0

Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 724 mindən çox artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 724 720 nəfər yeni koronavirusa yoluxub, 10 955 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 141 057 106, ölənlərin isə 3 015 043 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.