Nə vaxtsa koronavirusa yoluxub sağaldığınızı necə bilməli?


Digərləri 19 Apr 2021 22:15:00 138 0

Nə vaxtsa koronavirusa yoluxub sağaldığınızı necə bilməli?

Hazırda virusa yoluxmayan insanların azı 20%-i son yarım ildə özləri də bilmədən koronavirusu keçirib. Bunu peyvənddən öncə antitel analizi verib, qanlarında koronaya qarşı anticisim olduğunu görən insanların çoxluğu göstərir.

Lakin çox insan bundan xəbərsizdir. Ona görə bəzi insanlar antitel analizi verdikdə, onlarda virusu keçirdikləri üzə çıxır.

Son.az xəbər verir ki, Oksford universitetinin alimləri bəzi əlamətlərə görə insanın koronavirus keçirdiyini bilməyin mümkün olduğunu açıqlayıb.

Belə ki, sonradan antitel analizi verib müsbət çıxan assipmtomatik xəstələr aşağıdakı simptomları keçirdiklərini, lakin bunun koronadan olduğunu bilmədiklərini etiraf edib.

Siz də bu simptomlara əsasən koronavirus keçirib -keçirmədiyinizi təxmin edə bilərsiz.

- Qarında ağrı, sancı

Koronavirusun əsas simptomlarından biri. Daha çox virus mədə ilə həzm yollarına düşdükdə, öskürəksiz xəstələrdə olur. Eləcə də ağciyərlərin aşağı payı iltihablaşanda qarın, mədə hissədə ağrı olur.

- Bir neçə gün ishal

Səbəbsiz və kəsilməyən diareya, ishal gözlənilmədən insanı yaxalayır. Qidalanması normal olsa da xəstə koronadan şübhələnməsə də bir neçə gün bununla mübarizə aparır.

- Gözlərdə irin, qızarma, konyuktivit