Mədə koronavirusu necə olur? Çox xəstələr belə yoluxur


Digərləri 19 Apr 2021 21:54:00 137 0

Mədə koronavirusu necə olur?  Çox xəstələr belə yoluxur

Pandemiyanın üçüncü dalğasında pasiyentlərdə koronavirusun daha çox mədə forması rast gəlinir.

Son.az xəbər verir ki, bunu Sankt Peterburqdan qastroenteroloq Yuliya Kovovina bildirib.

Mədə koronavirusu Covid infeksiyasının daha çox həzm sistemini zədələməsi ilə xarakterizə olunur.

"İnfeksiya mədədən tutmuş bağırsaqlara kimi selikli qişalarda yığılır. Mədə koronavirusunun əlamətləri klassik, qripə bənzər variantdan fərqlənir. Bu zaman hərarət, öskürək olmur. Ağciyərlər az zədələnir.

Ona görə həkim və xəstələr tərəfindən koronavirusa yoluxma kimi dəyərləndirilmir. Halbuki bu xəstələr də analiz versələr koronavirus aşkarlanacaq.

Mədə koronavirusunda mədədə ağrı, sancı, reflüks, bulanma, göbək aşağısında ağrı, köp, qusma, ishal yaranır.