Sirlisoraqlı Almaniya: Pares sarayı


Digərləri 19 Apr 2021 21:35:00 128 0

Sirlisoraqlı Almaniya: Pares sarayı

Dəbdəbəli Pares sarayı Almaniya paytaxtından 40 kilometr və Potsdamdan 20 kilometr məsafədə yerləşir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Devid Hilli tərəfindən inşa edilmiş Pares sarayı və onun saldığı eyniadlı kənd 1797-1804-cü illərdə vəliəhd şahzadə III Fridrix Vilhelmin və onun xanımı Luizanın yay iqamətgahı olub. Onlar yay aylarında burada yaşayırdılar. Saray və park o dövrün yüksək estetik tələbləri səviyyəsində tərtib edilmişdi.

Prussiya memarlığının parlaq nümunəsi olan, həm Kralın şəhərətrafı iqamətgahına təqdim edilən tələblərə, həm də o dövrün fermer kəndləri barədə standartlara cavab verən bu saray yerli landşaftla harmoniya təşkil edir.

İkinci Dünya müharibəsi illərində ciddi zədələnmiş və 1950-ci illərdə bərpa olunmuş Pares sarayı o vaxtdan Brandenburq əyalətində ekskursiyalar üçün nəzərdə tutulan ən mənzərəli yerlərdən biridir.