Yəmənli siam əkizlərini Səudiyyə Ərəbistanında əməliyyat edəcəklər


Digərləri 19 Apr 2021 21:15:00 117 0

Yəmənli siam əkizlərini Səudiyyə Ərəbistanında əməliyyat edəcəklər

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin göstərişi ilə Yusif və Yasin adlı yəmənli siam əkizlərinin tibbi müayinə və cərrahiyyə əməliyyatı Ər-Riyadda keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə rəsmi SPA informasiya agentliyi məlumat yayıb.

Kralın göstərişinə əsasən, siam əkizləri və onların valideynləri Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzinin vəsaiti hesabına yaxın günlərdə Ər-Riyada gətiriləcək. Əkizlər krallığın ən yaxşı cərrahları tərəfindən əməliyyat olunacaq. Bundan başqa, Mavritaniyada olan siam əkizlərinin də cərrahiyyə əməliyyatı üçün Səudiyyə Ərəbistanına gətiriləcəyi bildirilir.