Pərvinin yalanı üzə çıxdı VİDEO


Şou-biznes 19 Apr 2021 19:09:00 136 0

Pərvinin yalanı üzə çıxdı  VİDEO

Tanınmış aktrisa Pərvin Abıyevanın yalanı üzə çıxıb.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, son vaxtlar sürətlə çəki itirən aktrisa bunu arıqlama dərmanlarına "borclu" olduğunu etiraf edib.

Belə ki, sosial şəbəkə hesabında görüntülərini paylaşan 30 yaşlı Pərvin arıq qalmağının səbəbinin dərman olduğunu bildirib:

"Məndən tez-tez necə belə arıq qalmağımın sirrlərini soruşurdunuz. İstəyirəm sizə bir məhsul məsləhət görüm. Bu kapsullarla siz yeyərək arıqlaya bilərsiniz. Sizə bu məhsulla arıqlamağı tövsiyə edirəm".

Xatırladaq ki, P.Abıyeva bir müddət əvvəl efirlərin birində qabırğalarını çıxartması ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirmişdi. O, heç bir əməliyyat keçirmədiyini, dieta və mütəmadi idmanla formada qaldığını demişdi. 

Qeyd edək ki, son illər bu tip arıqlama dərmanlarının satışı Azərbaycanda həyata keçirilir və bir sıra məşhurlar tərəfindən həm istifadə edilir, həm də sosial şəbəkələrdə reklam olunur. Həkimlər isə insanları ümumiyyətlə, bu tip vasitələrdən uzaq durmağa çağırır, onların tərkibində müxtəlif zərərli maddələrin ola biləcəyini vurğulayırlar.

Həmin görüntüləri təqdim edirik: