“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub


Digərləri 19 Apr 2021 19:09:50 139 0

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramı aprelin 19-u üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.