Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb


Digərləri 19 Apr 2021 16:56:20 137 0

Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb

Azərbaycan Belarusdan 550 traktor alacaq, bununla bağlı müqavilə imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Belarusun sənaye naziri Pyotr Paxomçik deyib.

Nazir bildirib ki, Minsk avtomobil zavodunun istehsalı 6 nəqliyyat vasitəsinin tədarükü məsələsi artıq müzakirə olunub:

"Bundan başqa, Azərbaycan tərəfi təkcə traktorların satın alınmasında deyil, həm də ölkədə istehsalın təşkil olunmasında maraqlıdır. "

Onun sözlərinə görə, Bakı traktorların alınması üçün Minsklə 9 milyon dollar məbləğində müqavilə imzalayıb: