Keçmiş rektor məhkəməyə verildi


Digərləri 19 Apr 2021 16:43:00 154 0

Keçmiş rektor məhkəməyə verildi

Aprelin 19-da saat 15:00-da Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və Bakı Dövlət Universitetinin keçmiş prorektoru Nəbi Ramazanlıya qarşı mülki iddia ilə bağlı hazırlıq iclası olacaq. İddiaçı İsmixan Mirzəyevdir.

Son.az sfera.az-a istinadən xəbər verir ki, elektron məhkəmə portalında mülki iddianın predmeti kimi öhdəliklər üzrə mübahisə göstərilir.

"Neçə illərdir mebel işlərini görmüşük, lakin indiyədək pulumuzu ala bilmirik", - iddiaçı tərəf bildirib.