Rusiyada koronavirusun iki yeni forması tapıldı


Dünya 19 Apr 2021 16:29:00 110 0

Rusiyada koronavirusun iki yeni forması tapıldı

Rusiyada koronavirusun iki yeni variantının formalaşması qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

Onun sözlərinə görə, ölkə ərazisində virusun Sibir variantı və şimal-qərb variantı müşahidə olunub:

"Bu mutasiyaların heç biri xaricdə qeydə alınan ştammlara bənzəmir".

O bildirib ki, yeni variantlarla əlaqədar zəruri araşdırmalar aparılır.