Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb


Dünya 19 Apr 2021 15:39:00 147 0

Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb

Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçuların yaş həddi 63 yaşadək artırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ermənistan parlamenti müvafiq qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Dəyişiklik müqavilə əsasında xidmət edən hərbçilərin və zabit heyətinin ordu sıralarında daha çox qalmaları üçün yaş həddinin artırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, sıravi hərbçilər və aşağı rütbəli gizirlərin orduda xidmət üçün son yaş həddi 55-dək, kiçik rütbəli zabit heyətinin yaş senzi 52-dək, yüksək rütbəli zabit heyəti üçün 55 yaşadək, polkovniklər üçün 58-dək, daha yüksək rütbəli zabitlər üçün yaş həddi isə 63-dək artırılır.