Ramiz Həsənov İspaniyaya səfir təyin edilib


Siyasət 19 Apr 2021 13:38:00 128 0

Ramiz Həsənov İspaniyaya səfir təyin edilib

Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilir.

Dövlət başçısının digər sərəncamı ilə Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.