Gürcüstanda son sutkada 578 nəfər koronavirusa yoluxub


Dünya 19 Apr 2021 13:09:00 131 0

Gürcüstanda son sutkada 578 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  578 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 295 936, ölənlərin sayı isə 3 949 nəfərə çatıb. Virusa yoluxanlardan 281 574 nəfərin sağaldığı bildirilir.