Zəfərə gedən yolun qurucuları


Digərləri 19 Apr 2021 12:59:00 145 0

Zəfərə gedən yolun qurucuları

Qazi Bəyanət Qasımov: Bizim ordu bütün dünyaya örnəkdir!

Son.az Real TV-ə istinadən bildirir ki, 44 günlük Vətən Müharibəsində qazanılan zəfərdə əməyi olan, Birinci Qarabağ döyüşləri zamanı torpaqlarımızın azadlığı uğrunda vuruşan Qazi Bəyanət Qasımovdan danışacayıq.

Bəyanət Qasımov 15 iyun 1957-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində doğulub. 1964-74-cü illərdə doğulduğu kənddə orta təhsilə yiyələnib. Hərbi xidmətini 1975-77-Almaniyada rus qoşunlarının sırasında edib. Bəyanət Qasımov ordudan dönəndə qərarını vermişdi - Tarixi öyrənəcəkdi. 1978-83-cü illərdə GDU-nun Tarix fakültəsində ali təhsil alıb.

1990-92-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsilini artıraraq, tarixçi-politoloq ixtisasına yiyələnib. 1993-cü ildə könüllü olaraq qardaşı Nəzarət Qasımovla Qarabağ uğrunda gedən döyüşlərə yola düşüb. Desant hücum taboru komandiri, şəxsi heyətin işi üzrə müavin, komandir kimi Goranboy, Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Qazimiz deyir ki, döyüş xatirələri keşməkeşli olsa da qürur doludur. Qazanılan Qələbədən ağızdolusu danışan Bəyanət Qasımovun sözlərinə görə, Ali baş komandanımız bütün dünyaya sübut etdi ki, bu xalqın döyüşü mükəmməl bilən sərkərdəsi və o əmri yerinə yetirən qorxmaz əsgəri var.

Vətən Müharibəsi Veteranları Birliyi Gəncə təşkilatının sədri Bəyanət Qasımovun beş nəvəsi var. Ailəsində igid əsgər yetişdirən qazi onlara hərbi forma geyindirib və onları ordu sıralarına hazırlayır.