"Rusiyanın sonunu Ukrayna gətirəcək"


Siyasət 19 Apr 2021 12:37:00 140 0

"Rusiyanın sonunu Ukrayna gətirəcək"

"Rusiyanın sonunu Ukrayna gətirəcək. Ukraynalıların özünü dərki çox şeyi dəyişəcək".

Bunu Son.az-a açıqlamasında tarixçi alim, fəlsəfə doktoru Faiq Ələkbərli deyib.

O bildirib ki, Ukrayna xristianlığı qəbul etmiş türkləri slavyanlaşdıqca çar rus imperiyasının təsiri altına keçdi:

"İndiki Ukrayna adlanan ərazidə 5-6 əsr bundan qabaq, elə indinin özündə də xristian türkləri yaşayırlar. Onlar qıpçaq idilər, yaxud da hunlar idilər, sonradan xristianlığın təsiri altında slovyanlaşdılar. Ancaq hələ də kökünün, soyunun türk olduğunu bilənlər var. Özü də söhbət ancaq Krımdakı müsəlman türklərindən getmir. Yəni Kiyevdə, Dneprdə, Ukraynanın digər şəhərlərində xeyli sayda xristian türkləri var. 

Bildiyimiz kimi Osmanlı dövlətinin quruluşunda da və ondan sonrakı dönəmdə də Osmanlı dövləti ilə Krım xanlığı arasında yaxşı münasibətlər olub. Sadəcə XVII əsrdən etibarən Ukraynada xristianlığı qəbul etmiş türklər slavyanlaşdıqca sonradan çar rus imperiyasının təsiri altına keçdilər. Və müsəlman türklər də indiki Ukraynada, xüsusilə də Krımda qala bildilər. Yəni vaxı ilə ukraynalıların, indiki Ukrayna ərazisindəki xristian türklərinin slavyanlaşması, çar Rusiyasının tərkibində qalması və onlara xidmət etməsi müsəlman türklərinin zərərinə oldu, Krım xanlığı, Qızıl Orda devrildi. Amma indi Ukraynada bir dönüş var. Söhbət ancaq siyasi anlamda deyil, həm də etnik anlamda da Ukraynada artıq təkcə Rusiyaya bağlılıq yox, həm də türk dünyasına bağlılıq var. Ukrayna əhalisinin xristianlığı qəbul etmiş qıpçaq türkləri ki var, onların özünə dönüşü və bir çox məsələlər öz təsirini göstərəcək. 

Onu nəzərdə tuturam ki, Ukrayna vaxtilə türklərin digər hissəsindən fərqli olaraq öz dövlətçilik ənənələrindən əl çəkib çar Rusiyasına bağlılıq göstərdilər. Ancaq sonrakı dönəmdə onlar xüsusilə də çar Rusiyasının və sovet Rusiyasının dönəmində ukraynalılar böyük ölçüdə gördülər ki, rus başqadır, ukraynalı başqadır. Yenə də deyirəm, ukraynalılar da nacaq slavyan kökənli deyillər. Və onların xilası da özünü məhz təkcə qərb dünyasına yox, eyni zamanda Türkiyəyə və türk dövlətlərinə üz tutmaqdadır. Sözün əsl mənasında Ukraynanın Krımı qazanması, bütün torpaqlarına sahib olması məhz üzünü Rusiyadan döndərməsindən keçir".

Təhməz Əsədov Son.az