Bakıda avtobuslar gecikir:


Digərləri 19 Apr 2021 09:14:00 171 0

Bakıda avtobuslar gecikir:

28 May-K.Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən xəbərə görə, bu səbəbdən hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.