Rusiya XİN 20 çexiyalı diplomatı "persona nonqrata" elan edib
Dünya 19 Apr 2021 07:34:00 110 0
Rusiya 18 rus diplomatının Praqadan çıxarılmasına cavab olaraq Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşını "persona non-qrata" elan edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumata əsasən, Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşı aprelin 19-u Rusiya ərazisini tərk etməlidir.
Qeyd edək ki, daha əvvəl Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılmışdı.
Mənbə: milli.az