Türkiyənin Gürcüstandakı səfiri Sarkisyanın təxribatına


Dünya 18 Apr 2021 21:25:00 125 0

Türkiyənin Gürcüstandakı səfiri Sarkisyanın təxribatına

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisiyə rəsmi səfəri çərçivəsində əl atdığı təxribata münasibət bildirib.

Son.az oxu.az-a istinadən bildirir ki, diplomat "Twitter" hesabında Ağrı dağının Türkiyədə ən hündür dağ olduğunu yazıb.

F.C.Yazqan bu barədə məlumatı gürcü və erməni dillərində də əlavə edib: "Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir".

Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında yazı ilə yanaşı Ağrı dağının konturları ilə rəsm də çəkib. Bu fakt Gürcüstan prezidenti Salome Zurabişvilinin həmin səhifənin fotoşəklini sosial şəbəkədə paylaşmasından sonra məlum olub.