“Puşkin rus deyildi, çünki...” –


Dünya 18 Apr 2021 19:11:00 145 0

“Puşkin rus deyildi, çünki...” –

Rusiyalı teleaparıcı Vladimir Pozner Aleksandr Puşkinin rus şairi olmadığını iddia edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, jurnalist Puşkinin "Yevgeni Onegin", "Boris Qodunov" kimi, digər əsərlərinə də heyran olduğunu bildirib.

Bununla belə, Pozner özünü də rus hesab etsə də, Puşkini qeyri-rus şairi hesab etdiyini bildirib.

"Puşkin işıqlıdır, hər sözü ilə gülümsəyir. Məsələn, Lermontov - əladır, amma işıqlı deyil. Amma Puşkin həyatdan ləzzət alır, sanki əbədi rus melanxoliyasına qarşı peyvənddir var və bu, oxucuya təsir edir", - jurnalist vurğulayıb.

O, Rusiya ədəbiyyatında Puşkindən əvvəl canlı ədəbi dilin olmadığını söyləyib.

Pozner Puşkinin "rus olmaması"nı onun poztivi əhval-ruhiyyədə yazması ilə əlaqələndirib. O hesab edir ki, poztivlik Rusiya insanı üçün qeyri-adi bir şeydir.