Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır


Dünya 18 Apr 2021 17:41:00 142 0

Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır

Rusiya 2025-ci ildən Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxacaq.

Son.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

Onun sözlərinə görə, Rusiya yeni milli orbital stansiya layihəsinə başlayır:

"Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır. Beynəlxalq Kosmik Stansiya ciddi şəkildə köhnəlib və hökumət xarici tərəfdaşlarla əvvəlcədən bu haqda danışmağı təklif edib".