Britaniyanın hərbi gəmiləri Qara dənizə daxil olacaq


Dünya 18 Apr 2021 17:48:00 136 0

Britaniyanın hərbi gəmiləri Qara dənizə daxil olacaq

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid olan iki gəmi Qara dəniz sularına daxil olacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, bu, may ayında baş verəcək.

Sözügedən addımın Ukraynaya dəstək məqsədilə atıldığı bildirilir.

Hazırda gəmilərin Aralıq dənizində olduğu və tezliklə HDQ aviadaşıyıcı zərbə qrupundan ayrılaraq, Qara dənizə istiqamətlənəcəyi qeyd olunur. Bosfor boğazı vasitəsilə Qara dənizə daxil olacaq gəmiləri göyərtəsində F-35B qırıcılarını daşıyan və Aralıq dənizində qalan "Kraliça Yelizaveta" aviadaşıyıcısı qoruyacaq.