21 milyon şəxsə kiber hücum: Trampın və Klintonun məlumatları satışa çıxarıldı


Dünya 18 Apr 2021 17:28:00 132 0

21 milyon şəxsə kiber hücum: Trampın və Klintonun məlumatları satışa çıxarıldı

ABŞ-da, xüsusilə Atlanta və Vaşinqtonda "ParkMobile" adlı bir tətbiq istifadə olunur. Tətbiqdə açıq park yerləri göstərilir və istifadəçilər "ParkMobile" vasitəsilə ödəniş edə bilərlər.

Son.az publika.az-a istinadla xəbər verir ki, bu ilin martın 26-da "ParkMobile" təhlükəsizlik məsələlərində olan boşluqlar səbəbiylə hücuma məruz qaldığını elan edib.

Tətbiq səlahiyyətliləri baş verənlərə vaxtında müdaxilə etdiklərini və hakerlərin kredit kartı məlumatları, sosial təhlükəsizlik nömrələri, yer və s. həssas məlumatları əldə edə bilmədiklərini söyləyiblər.

Bununla yanaşı, təhlükəsizlik mütəxəssisləri tərəfindən yayımlanan yeni bir hesabatda kiber cinayətkarların "ParkMobile"ın məlumat bazasını satışa qoyduğu ortaya çıxıb. Satışa təqdim olunan məlumatlar istifadəçilərin qeydiyyatdan keçmiş elektron poçt ünvanlarını, telefon nömrələrini və kripto şifrələrini əhatə edir.