Kiyevdə azərbaycanlı gülçünü öldürdülər


Dünya 18 Apr 2021 13:21:00 104 0

Kiyevdə azərbaycanlı gülçünü öldürdülər

Ukraynanın paytaxtı Kiyevdə Meşə massivində qətl hadisəsi baş verib.

Son.az oxu.az-a istinadla bildirir ki, "Kiyev 24" məlumatına görə 18 aprel gecə saatlarında azərbaycanlı kişini bıçaqlayaraq öldürüblər.

Hazırda qətl baş verən yerdə polis və müstəntiq işləyir.

Şahidlərin sözlərinə görə, həmin kişi gül mağazasında çalışıb. Hadisə baş verən yer mağazanın yaxınlığındadır.