“Heç kim namusumu ləkələyə bilməz!”


Şou-biznes 18 Apr 2021 12:08:00 148 0

“Heç kim namusumu ləkələyə bilməz!”

Xəbər verdiyimiz kimi, müğənni Ebru Gündəş 11 illik əri, iş adamı Reza Zərrabdan ona xəyanət etdiyi üçün boşanmaq istədiyini bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, Rezanın həyat yoldaşına xəyanət etdiyi qadınlar arasında müğənni Hadisə də var.

Buna görə də ifaçı haqqında irəli sürülən iddialara səssiz qalmayıb. O, sosial media hesabında paylaşım edərək, əsassız və yalan fikirlər səsləndirənlərin hüquq müstəvisi çərçivəsində cəzalandırılacağını bildirib:

"Haqqımda bu əsassız iddiaları səsləndirənlər mənə açıqlama verməli olacaqlar. Heç kim namusumu və şərəfimi ləkələyə bilməz!"