Peyvəndin ikinci dozasını vurulması bu şəxslərin öz seçimi olmalıdır Həkim


Digərləri 18 Apr 2021 11:54:00 178 0

Peyvəndin ikinci dozasını vurulması bu şəxslərin öz seçimi olmalıdır  Həkim

Peyvəndin birinci dozasından sonra koronavirusa yoluxan şəxslərə ikinci dozanın vurulub-vurulmaması vətəndaşların öz şəxsi seçimi əsasında olsa, daha doğru olar.

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Vəfa Ağayeva deyib. O bildirib ki, virusa yoluxan hər kəsdə antitellər yaranmaya bilər:

"Koronavirusa yoluxan hər şəxsdə immunoqlobulinlərin, yəni antitellərin formalaşması yüzdə yüz deyil. Bəzi şəxslər virusa yoluxurlar, amma onlarda antitel formalaşmır. Buna görə hesab edirəm ki, birinci dozadan sonra koronavirusa yoluxan şəxslərə ikinci doza vurulmamışdan əvvəl immunoqlobulinlərin səviyyəsi yoxlansa, daha yaxşı olar. İmmunoqlobulin yüksək olarsa, ikinci dozasının vurulmasının heç bir ziyanı yoxdur".