İranda güclü zəlzələ baş verdi


Dünya 18 Apr 2021 11:34:00 135 0

İranda güclü zəlzələ baş verdi

İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.