Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı


Digərləri 17 Apr 2021 16:40:00 144 0

Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25711 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 693 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir.