Bakıda yeni avtobus xətti istifadəyə verilir


Digərləri 17 Apr 2021 13:54:00 123 0

Bakıda yeni avtobus xətti istifadəyə verilir

Ramana ("Ramana" Yeni Yaşayış Massivi) və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömərli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Marşrut 40 mindən artıq əhalisi olan iki qəsəbəni əlaqələndirəcək. Marşrut xətti üzrə gediş haqqı 0.30 manat nəzərdə tutulub.

Marşrut xətti üzrə avtobuslar 19.04.2021-ci il tarixindən istismara başlayacaq.